ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris Respublikaçı namizəd Donald Trampın ölkəsi üçün “təhlükəli” olduğunu bildirib.
“AzPolitika” xəbər verir ki, Trampın ona dəstək verməyən amerikalıları “düşmən” kimi qələmə verdiyini qeyd edən Harris bildirib ki, “Donald Tramp getdikcə qeyri-sabit olmağa və ağlını itirməyə başlayıb”.
Harris Trampın ikinci prezidentlik müddətinin ABŞ üçün “təhlükəli” olacağını bildirib.
Xatırladaq ki, Tramp Fox News-a verdiyi müsahibədə bunları demişdi: “Məncə, daha böyük problem içimizdəki düşmənlərdir. Çox pis insanlarımız var. Bəzi xəstə insanlar, radikal sol siyasətçilər var”.
Tramp həmçinin noyabrın 5-də keçiriləcək prezident seçkilərində “daxili düşmənlərlə” mübarizə aparmaq üçün Milli Qvardiyadan və ya ordudan dəstək almağı təklif etmişdi.
“AzPolitika.info”


Şərhlər