ABŞ-nin keçmiş Prezidenti və qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından bu vəzifəyə namizəd Donald Tramp yenə Vladimir Putinlə münasibətlərindən danışıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Pensilvaniyadakı mitinqdə çıxış edən Tramp öz əvvəlki prezidentliyi dövründə Putinin Ukraynaya müdaxiləsinin qarşısını aldığını iddia edib.
Trampın dediyinə görə, guya həmin vaxt Putin ona Ukraynanın işğalını planlaşdırdığı barədə xəbərdarlıq edib. O, qeyd edib ki, Moskva çoxdan Ukraynanı işğal etmək istəyirdi, lakin “Putinlə yaxşı anlaşdığına görə” bunun qarşısını alıb və işğala imkan verməyib: "O (Putin-red.), bu barədə danışdı, amma mən dedim ki, siz ora girməyəcəksiniz”.
Tramp əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də yaxşı münasibətləri var. O, bir daha əmin edib ki, prezident seçilsə, dərhal Şərqi Avropadakı müharibəyə son qoyacaq: “ABŞ Prezidenti Co Bayden bunun üçün heç nə etmədi, o, bir ildən çox Putinlə danışmadı. Müharibə bitməlidir”.
“AzPolitika.info”


Şərhlər
Əgər mən bu sarı tarakanın administrasiyasında kargüzar belə işləsəydim dünyanın canını bu iyrən məxluqdan qurtarmaq üçünn hər cür risqə gedərdim. ALLAH kəssin o sabitliyi ki, o bunun kimi bir harın psixatın üfunətli əli ilə brərar ola. EY MURDAR tramp, MÜHARİBƏ SƏNDƏN YAXŞIDIR!