Menu

11 kiloqram narkotik aşkarlandı

11.12.2014, 10:11

narko-emeliyyat_583İran istiqamətindən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 11 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Lent.az-ın Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 6-da DSX tərəfindən həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu saxlanılıb.

Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol