Menu

“Konkret addımlar atın” – ABŞ İsrailə 30 gün vaxt verdi

16.10.2024, 11:21
“Konkret addımlar atın” – ABŞ İsrailə 30 gün vaxt verdi

ABŞ İsrail administrasiyasına Qəzza zolağında humanitar şəraitin yaxşılaşdırılmadığı təqdirdə bəzi hərbi yardımların kəsilə biləcəyi barədə xəbərdarlıq edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən xəbərdarlıq İsrail administrasiyasına göndərilən məktub vasitəsilə çatdırılıb.

Məktubda 7 oktyabr 2023-cü ildən bəri İsrail ordusu tərəfindən blokadaya alınan Qəzzada artan hücumlar və əsas ehtiyaclara çıxışın kəsilməsindən söz açılıb. Blokada səbəbindən humanitar vəziyyətin günü-gündən pisləşdiyi, insanların qida və su çatışmazlığı kimi problemlərlə üzləşdiyi vurğulanıb.

Bildirilib ki, elektrik enerjisi və təmiz suya çıxışın demək olar ki, qeyri-mümkün olduğu bölgədə səhiyyə sisteminin çökmə həddinə çatması və mülki əhalinin itkilərinin artması ilə vəziyyət acınacaqlı hala gəlib.

Məktubun sonunda İsrailin Qəzzada humanitar şəraitin yaxşılaşdırılması üçün 30 gün ərzində konkret addımlar atmalı olduğu bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol