Menu

İrandan kütləvi qətliam... - Yüzlərlə əfqan öldürüldü + VİDEO (18+)

16.10.2024, 20:15
İrandan kütləvi qətliam... - Yüzlərlə əfqan öldürüldü + VİDEO (18+)

İranın Sistan və Bəluçistan əyalətinin Əfqanıstanla sərhəddəki Səravan şəhərinin Kəlqan bölgəsində İran sərhədçilər ölkəyə daxil olmağa çalışan əfqanıstanlıları güllələyiblər.

"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarında video yayılıb.

Məlumata görə, əfqan qaçqınlar 300 nəfərlik qrupdan ibarət olub. Onların pusquya salındığı bildirilib.

Qeyd olunub ki, İran sərhədçiləri tərəfindən əfqanların atəşə tutulması nəticəsində 260 nəfər qətlə yetirilib.

Əfqanıstanın keçmiş baş prokuroru Məhəmməd Fərid Həmidi də bununla bağlı özünün X hesabında paylşım edib: 

“Bu İran hökumətinin əfqanıstanlı qaçqınları qəsdən qətliam etməsidir, bu, bəşəriyyətə qarşı cinayətdir”.

"AzPolitika.info"


Şərhlər

Sərhəd Vəkilov 2024-10-16 13:17:52

Xəbər və hadisəyə münasibətlər mövcud Sərhəd qaydaları üzrə aydınlaşmır? 1)Əfqan *qaçqın*ları 260 nəfər azsaylı olmayıb? 2)Onlar əllərini qaldırıb, bir-bir sərhədçilərə (sənədlə də) təslim olublarmı? 3)Bu zamana qədər belə qaçqın keçidi olurdumu? Bizə dəxli? İllərlə işğalçı erməni silahlıları ölkəmizin daxilindən də Azərbaycan tərəfə mütəmadi hərbi atəş açırdılar? Bizsə.Hərbi Atəş məntəqəsini məhv etmədən, *Cavab verilib!?* bəyan edirdik???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol