Menu

Naxçıvan MR büdcəsinə veriləcək dotasiyanın həcmi məlum olub

16.10.2024, 13:20
Naxçıvan MR büdcəsinə veriləcək dotasiyanın həcmi məlum olub

Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiyanın (transfertin yuxarı həddi) həcmi məlum olub.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 320 milyon 529 min manat olacaq.

Qeyd edək ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 336 milyon 460 min manat olub.

Beləliklə, dotasiyanın həcmi 15 milyon 931 min manat, yaxud 4,7 faiz azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol