Ukrayna NATO-ya üzvlük istəyindən vaz keçmir və hesab edir ki, ölkənin bu təşkilata dəvət edilməsi Vladimir Putin üçün ciddi siqnal ola bilər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynanın NATO-dakı səfiri Natalya Qalibarenkonun dediyinə görə, Ukrayna Co Baydenin Ağ Evdəki səlahiyyət müddəti bitmədən NATO-ya dəvət tələb edir. Kiyev bunun ABŞ-nin hazırkı prezidentinin “layiqli siyasi mirası” ola biləcəyini düşünür: “Biz inanırıq ki, hazırda Ukraynaya dəvət göndərilıməsi siyasi siqnal olacaq”.
Qalibarenko “Reutetrs”-ə müsahibəsində Kiyevin tələbinin əsasını açıqlayıb. O, bu dəvətin Kiyev və Moskva arasındakı əsas mübahisəni aradan qaldıracağını iddia edib: "Dəvət olduğunu desək, Rusiya Federasiyası üçün bu, qəti hökm kimi olacaq - siz bu mövzudan istifadə edərək, artıq stavkanı qaldıra bilməzsiniz".
“Reuters” qeyd edir ki, NATO üzvlərinin əksəriyyəti, o cümlədən ABŞ Ukraynanı alyansa qəbul etməyə hazır deyil. Ötən həftə ABŞ hökumətindəki mənbə bu mövqenin dəyişmədiyini bildirib.
“AzPolitika.info”


Şərhlər