Menu

Rusiya 10 min Koreya əsgəri hazırlayır – Ukrayna ilə sərhədə göndərəcək

16.10.2024, 13:48
Rusiya 10 min Koreya əsgəri hazırlayır – Ukrayna ilə sərhədə göndərəcək

10 min Şimali Koreya hərbçisi hazırda Rusiyanın Uzaq Şərqində təlim keçir.

“AzPolitika” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, KXDR hərbçilərinin Ukrayna yaxınlığındakı sərhəd rayonlarına köçürülməsi planlaşdırılır. Bildirilir ki, Rusiya tərəfi koreyalı əsgərlərin hesabına rus qoşunlarının rotasiyasını həyata keçirmək və sərhəddəki qüvvələrini azad edərək, Ukraynaya göndərmək istəyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol