Kremlin sözçüsü Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirib.
“AzPolitika” xəbər verir ki, Peskov ona polisə müraciət etməyi tövsiyə edib. "Burada başqa şərh ola bilməz", - o əlavə edib.
Oktyabrın 9-da Çeçenistan rəhbəri Dağıstandan olan senator, milyarder Süleyman Kərimov və həmin bölgədən Dövlət Dumasının deputatı Rizvan Kurbanova qarşı “qan davası” elan edib. Qeyd edib ki, deputatlar günahsız olduqlarını sübut edə bilməsələr, qan davası icra olunacaq. Çeçenistan rəhbəri həmçinin heç bir izahat vermədən İnquşetiyadan olan deputat Bexan Baraxoyevlə də qan davası elan edib.
Rizvan Kurbanov artıq Kadırova qarşı sui-qəsdin hazırlanmasında iştirakını inkar edib. Baraxoev isə bu barədə heç vaxt, heç nə eşitmədiyini, bilmədiyini deyib. Süleyman Kərimova gəldikdə, milyarder Kadırovun təhdidlərini şərh etməyib.
Bu arada Kərimov “Dağıstanın fəxri vətəndaşı” qızıl ordeni ilə təltif edilib, regionun rəhbəri Sergey Melikov isə senatora dəstək vəd edib.
“AzPolitika.info”


Şərhlər