“Media məkanının monitorinqi və təhlili göstərir ki, Rusiya informasiya müstəvisində Qazaxıstana qarşı fəal kampaniyalar aparır”.
“AzPolitika” xəbər verir ki, bu barədə tanınmış hərbi anlitik Aqil Rüstəmzadə “Teleqram”-da yazıb.
“Rusiya bununla həm Qazaxıstan Respublikasında, həm də bütövlükdə regionda öz təsirini saxlamağa çalışır”, - o, əlavə edib.
A.Rüstəmzadənin sözlərinə görə, bu cür hərəkətlərin məqsədləri təkcə Mərkəzi Asiya ilə Qərbin yaxınlaşmasının qarşısını almaq deyil.
“Məsqəd həm də Qazaxıstanın dövlət institutlarına inamı sarsıtmaq, sosial qeyri-sabitlik yaratmaq və siyasi vəziyyəti qeyri-stabilləşdirmək, o cümlədən ölkənin ali liderlərinin və hərbçilərinin qərarlarını nüfuzdan salmaqdır”, - o, vurğulayıb.
“AzPolitika.info”


Şərhlər