Menu

ABŞ Rusiyanı Moldova seçkilərinə müdaxilədə ittiham edir – "Milyonlarla dollar ayrılıb..."

17.10.2024, 12:09
ABŞ Rusiyanı Moldova seçkilərinə müdaxilədə ittiham edir – "Milyonlarla dollar ayrılıb..."

Oktyabrın 20-də Moldovada keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ Rusiyanı Moldova seçkilərinə müdaxilədə ittiham edib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərinə görə, Rusiya tərəfi Moldovadakı seçkiləri və onun Avropaya inteqrasiyasını pozmaq üçün fəal işləyir.

C.Kirbi vurğulayıb ki, son bir neçə ayda Moskva Moldovada prezident seçkilərinə təsir etmək üçün milyonlarla dollar ayırıb. 

“Hesablamalarımıza görə, bu vəsaitlər loyal partiyaların maliyyələşdirilməsinə və onların kampaniyalarına dəstək olaraq sosial şəbəkələrdə dezinformasiyaların yayılmasına sərf edilib”, - o, əlavə edib.

Xatırladaq ki, Kirbi daha əvvəl də Kremli hazırki Avropayönlü hökuməti devirmək üçün Moldovada vəziyyəti sabitizləşdirmək cəhdlərində ittiham etmişdi. Respublika rəhbərliyinin nümayəndələri və hazırkı prezident Maya Sandu da ötən və bu il dəfələrlə oxşar ittihamlarla çıxış ediblər.

Bu planın bilavasitə icraçılar isə indi qadağan olunmuş “Şor” partiyasının rəhbərləri və fəalları idi.

Ötən çərşənbə axşamı və çərşənbə günlərində, Moldova polisi və prokurorluğunun xüsusi təyinatlılarının əməkdaşları prezident seçkilərindən kənarlaşdırılan “Qələbə” seçki blokunun üzvlərinin evlərində və ofislərində axtarışlar aparıblar. Moldova KİV-lərinin məlumatına görə, axtarışlar ölkənin şimalında qarşıdan gələn seçkilərin saxtalaşdırılmasına qarşı mübarizə tədbirləri və qeyri-qanuni maliyyələşdirmə və sair neqativ hallra qarşıdır.

“Şor” partiyasının və fəaliyyəti dayandırılmış “Qələbə” blokunun təsisçisi parlamentın keçmiş üzvü, Moldova dövlət xəzinəsindən bir milyardın oğurlanmasında iştirak etməkdə təqsirli bilinən oliqarx İlan Şor idi. O, həm də həyat yoldaşının məşhur müğənni Jasmine olması ilə tanınır - cütlüyün iki övladı var.

Milyarderə qarşı ittihamlara baxmayaraq Şor və onun eyni adlı partiyası 2021-ci il seçkilərindən sonra parlamentdə 6 yer qazana bilib. O, hakimiyyət dəyişikliyindən və 15 il həbs cəzası ilə başa çatan dörd illik məhkəmə və apellyasiya şikayətlərindən sonra Moldovanı tərk edib. İlan Şorun hazırda harda olduğu açıqlanmır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol