Menu

Ermənistan və ABŞ Baş Qərargah rəisləri regional təhlükəsizliyi müzakirə ediblər

17.10.2024, 14:33
Ermənistan və ABŞ Baş Qərargah rəisləri regional təhlükəsizliyi müzakirə ediblər

Vaşinqtonda səfərdə olan Ermənistan Ordusunun Baş Qərargah rəisi Edvard Asryanla ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunla görüşüb.

APA-nın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini qeyd ediblər.

Çarlz Braun bildirib ki, ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatları prosesinə dəstəyini davam etdirəcək.

Eyni zamanda, görüşdə birgə tədbirlərin davam etdirilməsinin vacibliyi müzakirə olunub və regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol