Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və Alyansın 33-cü və ya 34-cü üzvü olacaq.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte cümə axşamı Brüsseldə NATO müdafiə nazirlərinin toplantısında bildirib.
“Hazırda Ukraynanın 33-cü üzv olacağı görünür”, - deyən Rutte, nəzəri olaraq başqa bir ölkənin ondan qabağa da düşəcəyini istisna etməyib. Bosniya və Herseqovinanın gələcəkdə ittifaq üzvlüyünə namizəd olduğu məlumndur, konkret tarixlər göstərilmədən Ukrayna və Gürcüstana da belə söz verilmişdi.
Müttəfiqlərin hazırda Ukraynanın NATO-ya daxil olması üçün “körpü” qurmağa çalışdıqlarını qeyd edən Rutte bəyan edib ki, üzvlüklə bağlı konkret tarix göstərə bilməz
Ruttenin bu gün Brüsseldə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir. Bu, onların ayın əvvəlindən üçüncü görüşü olacaq. Bir gün əvvəl Zelenski Ali Radada çıxış edərək Ukraynanın qələbəsi üçün beş bəndlik planı təqdim etdi. Onlardan birincisi yaxın gələcəkdə NATO-ya üzv olmaq üçün rəsmi dəvətin alınmasıdır. Bir çox Qərb mediası mənbələrə istinadən belə bir dəvətin alınma ehtimalına şübhə ilə yanaşır. Vaşinqton da bəyan edir ki, hazırda bunun üçün heç bir şərait yoxdur.
Rusiya Ukraynanın NATO-ya daxil olmasına qəti etiraz edir və ondan imtinanı sülh danışıqlarının başlanması üçün öz şərtlərindən biri adlandırır.
“AzPolitika.info”


Şərhlər