“Bu müharibəni bitirmək və əsirləri evlərinə qaytarmağın vaxtıdır”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi ilə bağlı danışarkən deyib.
Bayden Qəzzada atəşkəsin təmin edilməsi üçün addımların atılmasının vacibliyini vurğulayıb.
ABŞ dövlət katibi Antoni Blinkenin bir neçə gün sonra İsrailə gedəcəyini və həmkarları ilə son vəziyyəti müzakirə edəcəyini açıqlayan Bayden, atəşkəslə bağlı konkret prosesə girmək istədikləri mesajını verib.
“AzPolitika.info”


Şərhlər