Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın işğal etdiyi ərazilər müqabilində Ukraynanın NATO-ya üzvlüyünü nəzərdə tutan təkliflə bağlı açıqlama verib.
“AzPolitika” “Financial Times”-a istinadla xəbər verir ki, Zelenski bir müddətdir sözügedən təklifi təbliğ edən Qərb rəsmilərinin onunla məsləhətləşmədiyini deyib.
Ukrayna liderinin fikrincə, onlar bu barədə açıq danışmaqdan qorxurlar.
“Onlar bunu bizə heç vaxt deməyiblər. Bunu danışmaqdan qorxurlar. Düşünürəm ki, hansısa üçüncü tərəf vasitəsilə yox, bizimlə danışmalıdırlar”,-deyə Zelenski bildirib.
Xatırladaq ki, “Financial Times” bir müddət əvvəl yazmışdı ki, Ukraynadakı müharibə Kiyevin təhlükəsizlik zəmanəti alacağı və Moskvanın işğal olunmuş ərazilərə nəzarəti özündə saxlayacağı razılaşmalarla başa çata bilər. Qeyd olunurdu ki, bu ssenari təkcə Qərb deyil, həm də Ukrayna rəsmiləri tərəfindən getdikcə daha çox müzakirə olunur.
“AzPolitika.info”


Şərhlər