Menu

Bakı əhalisinin 20%-nin ictimai nəqliyyata əlçatanlığı yoxdur

18.10.2024, 19:03
Bakı əhalisinin 20%-nin ictimai nəqliyyata əlçatanlığı yoxdur

Bakıda ictimai nəqliyyata əlçatanlıq təxminən 80% dir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bu gün keçirilən ictimai dinləmədə deyib.

“Bu o deməkdir ki, paytaxtda əhalinin 20%-nin ictimai nəqliyyata əlçatanlığı yoxdur. Hazırda Bakıda yeni avtobus şəbəkəsi hazırlayırıq. Bu şəbəkə ilə ictimai nəqliyyata əlçatanlığın 93 %-in üstünə çıxarılması planlaşdırır”, - deyə T.Səfərov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol