Menu

Paşinyan Kazanda Putinlə görüşəcək - Səfir açıqladı

19.10.2024, 11:35
Paşinyan Kazanda Putinlə görüşəcək - Səfir açıqladı

“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində ünsiyyət qurmaq imkanı əldə edəcəklər”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopirkin “RİA Novosti”-yə bildirib.

Onun sözlərinə görə, Paşinyanın Putinin BRİKS+ formatında tədbirlərdə iştirakla bağlı şəxsi dəvətini qəbul etməsi özlüyündə Rusiya ilə Ermənistan arasında ən yüksək səviyyədə sıx təmasların təzahürüdür.

"Düşünürəm ki, bizim liderlərimizin ünsiyyət quracaq, lakin bu beynəlxalq forumun proqramında nəzərdə tutlmuş formatdan asılı olacaq", - Kopirkin əlavə edib.

Səfir həmçinin vurğulayıb ki, assosiasiya ilə dialoqa başlamaq qərarı alınarsa, Rusiya tərəfi İrəvana kömək edə bilər.

Sentyabrın 18-də Baş nazir Nikol Paşinyan İrəvanda bəyan edib ki, Ermənistan BRİKS-ə inteqrasiya etmək niyyətində deyil. Bu tədbirdə 38 ölkədən 34 nümayəndənin iştirakı gözlənilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol