İstanbulda keçirilən görüşdə Ermənistan və Azərbaycan XİN rəhbərləri qısa müddət ərzində sülh müqaviləsinin yekunlaşdırılması və imzalanması istiqamətində səyləri davam etdirmək barədə razılığa gəliblər.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Dünən səhər saatlarında nazirlər İstanbulda “3+3” məşvərət platformasının iclasında iştirak ediblər. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakının Ermənistana Konstitusiyanın dəyişdirilməsi tələbini də orada da təkrarlayıb.
Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan da çıxışında regionda nəqliyyat əlaqələrinin açılmasının vacibliyini vurğulayıb.
“Biz Azərbaycana dəmir yolu infrastrukturumuzu yenidən işə salmağı, sərhəd-keçid və gömrük prosedurlarını sadələşdirməyi, hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam hörmətlə yanaşaraq bəzi əlavə təhlükəsizlik mexanizmlərini təmin etməyi təklif etmişik”, - deyə Mirzoyan bildirib.
“AzPolitika.info”


Şərhlər