Menu

Bakının mərkəzi küçələrindən biri bağlandı

11.12.2014, 12:01

stop-nishaniBakının mərkəzi küçələrindən biri təmirə bağlanıb.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən NİİM-ə verilən məlumata əsasən, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir).

Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işlərininin 1 həftə ərzində yekunlaşdırılması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol