Menu

“Tramp prezident seçkilərində qalib gəlsə, uduzan ukraynalılar olacaq” – “Kamala Harris hakimiyyətə gəlsə...”

21.10.2024, 11:46
“Tramp prezident seçkilərində qalib gəlsə, uduzan ukraynalılar olacaq” – “Kamala Harris hakimiyyətə gəlsə...”

“Respublikaçılar Partiyasının namizədi Donald Tramp prezident seçkilərində qalib gəlsə, uduzan ukraynalılar olacaq. Əgər Demokratların namizədi Kamala Harris hakimiyyətə gəlsə, Vaşinqton Ukraynanın qələbəsi üçün hər hansı ssenari görmədiyindən müharibəyə son qoymaq üçün Rusiya ilə razılaşma əldə etməyə çalışacaq”.

“AzPolitika” xəbər verir ki, bu barədə britaniyalı tarixçi, İkinci Dünya Müharibəsi haqqında kitabların müəllifi və jurnalist Maks Hastinqs “Bloomberg” nəşrində yayımlanan köşə yazısında bildirib.

O, hesab edir ki, Yaxın Şərqdəki vəziyyət diqqəti Ukraynadan yayındırıb və bu, Ukrayna xalqına baha başa gəlib. Jurnalist qeyd edir ki, Rusiya getdikcə təsirli silahlar əldə əldə etməyə başlayıb - Şimali Koreyadan döyüş sursatı və İrandan ballistik raketlər alıb, Çində isə pilotsuz uçuş aparatları istehsal edən zavod yaradıb.

Müəllif həmçinin hesab edir ki, Ukrayna Müdafiə Qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətində keçirdiyi əməliyyat heç bir nəticə verməyib.

“Şübhəsiz ki, qışa giməyə hazırlaşdığımız bir vaxtda 2024-cü il Putin üçün uğurlu, Zelenski üçün isə kədərli və çətin il olacaq. Ukrayna prezidenti Qərbdəki tərəfdaşlarını razı salmaqda çətinlik çəkməyə başlayıb. Çünki onlar Ukraynadan çox öz problemləri ilə məşğuldurlar. Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatı NATO-ya üzvlük olsa da, bu, hələlik mümkün görünmür.

Bu müharibə ona görə başlayıb ki, Moskva demokratik, müstəqil və güclü qonşuya sahib olmaq istəmirdi. Bu, müharibənin başa çatmasına ən böyük maneə olaraq qalır. Çünki Vladimir Putin Kiyevdə Rusiya Federasiyasının hökumətini görmək istəyir. Belə bir nəticənin qarşısını almaq üçün isə artıq on minlərlə ukraynalı həyatını qurban verib”,-deyə məqalədə bildirilir.

Jurnalist həmçinin öz məqaləsində Ukraynaya silah və maliyyə yardımının tədarükünü artırmaqla bağlı Qərbə çağırış edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol