Menu

Qaqauzlar Avropa İttifaqının əleyhinədir

21.10.2024, 17:22
Qaqauzlar Avropa İttifaqının əleyhinədir

Məlum olduğu kimi, Moldovada ötən gün keçirilən prezident seçkisilə bərabər ölkə konstitusiyasına Avropa İttifaqına inteqrasiya ilə bağlı maddənin salınması da səsverməyə çıxarılıb. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Moldovanın əksər regionları paytaxtla müqayisədə Aİ-nin əleyhinə səs verib. Bu da həmnin ərazilərdə Rusiyanın təsirinin çoxluğu ilə izah olunur.

Nəticələrdən belə məlum olur ki, Avrointeqrasiya əleyhdarlarının ən böyük üstünlüyü Qaqauziyada qeydə alınıb. Burada seçicilərin 94,84%-a Avropanın əleyhinə səs verib.

Xatırladaq ki, son nəticələrə görə, ümumilikdə avrointeqrasiya tərəfdarları kiçik fərqlə öndədir. Səslərin 99,46%-i hesablandıqdan sonra seçicilərin 50,41%-i Avropaya inteqrasiya kursunun Konstitusiyaya salınmasının lehinə, 49,59%-i isə əleyhinə səs verib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol