Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərə də təsirsiz ötüşməyib.
Belə ki, intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb. Akademiyada yağış suları tavandan içəri axıb.
Eyni vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda da baş verib. Yağış suları auditoriyadakı partaların üstünə tökülüb.
Baku.ws-ə istinadən sözügedən görüntüləri təqdim edirik:
Yağıntılı hava Xəzər Universitetində də bir sıra fəsadlara yol açıb.
Belə ki, universitetin yeməkxanasını su basıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.


Şərhlər
Bu qədər pul xərclənir , lakin heç bir problem həll olunmur .Keyfiyyətsiz işlər görülür , pullar yeyilir ,cavabdeh isə yoxdur .Maraqlı olar ki , COP-29 ərəfəsində ikicə gün yağış yağsa yollar nə vəziyyətə düşər ? Belə biabırçılıq olmaz deyirik ,lakin olur
Otuz illik işğaldan qurtulsaq da, daha çox illər tez-tez müşahidə edilməmiş təbii hadisələr Akademiyalarımıza belə Dünyəvi Beyin Mərkəzi olmaqdan öncə adicə gözlənən bütün mümkün hadisələrə beləcə hay-haraysız sakitcə dəqiq-mükəmməl heç bir sızma-saçmasız qəti tədbirlər icra etməyə, hər ehtiyatı toplamağa çağırmaqdadır?!