Menu

"Bəzi nöqsanlara yol verilib" - Eldar Əzizov (VİDEO)

22.10.2024, 13:16
"Bəzi nöqsanlara yol verilib" - Eldar Əzizov (VİDEO)

"Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub".

APA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirərkən deyib.

"İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin ki, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir.

Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək", - Eldar Əzizov vurğulayıb.

Şərhlər

ƏNHU 2024-10-23 00:30:55

Adam korrupsiyaya nöqsan deyir.

Davud 2024-10-22 14:35:58

A GARDASLAR BU binada iidaraciliyi man abtalibovdan oyraniram deyirdi bu da naticasi

ƏDALƏT 2024-10-22 14:11:54

30 ildən sonra hələ indi təhlil edəcəksiz ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol