Menu

“Ukrayna seçdiyi yola sadiq qalmağa davam etməlidir” – ABŞ səfiri

22.10.2024, 17:19
“Ukrayna seçdiyi yola sadiq qalmağa davam etməlidir” – ABŞ səfiri

ABŞ prezident seçkilərindən sonra da Ukraynaya dəstəyi davam etdirəcək.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink deyib.

Səfir qeyd edib ki, ABŞ-nin yeni prezidenti öz vətəndaşlarının fikirlərini və Ukraynaya olan münasibətini mütləq nəzərə alacaq: “Ukraynanın mübarizəsi bizə də aiddir. Amerikalıların istənilən administrasiya üçün sualı var: Ukraynanı siyasi cəhətdən necə dəstəkləyəcək?”

Səfir Brink Ukraynanın ABŞ vətəndaşları tərəfindən açıq şəkildə dəstəkləndiyinə əmin olduğunu qeyd edərək deyib ki, yeni administrasiya amerikalıların fikrini və demokratiya dəyərlərini nəzərə almağa borcludur: “Hər bir administrasiyanın öz strategiyaları və qərar qəbul etmə hüquqları var. Amma əminəm ki, Ukraynaya dəstəyimiz davam edəcək. Mən demokratiyaya və Amerikanın Ukraynaya marağına əminəm”.

Diplomat həmçinin hesab edir ki, Ukrayna seçdiyi yola sadiq qalmağa davam etməlidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol