Menu

“Ukrayna nüvə silahının qaytarılmasını istəmir, amma...” – “Bir çıxış yolumuz qalır”

22.10.2024, 18:25
“Ukrayna nüvə silahının qaytarılmasını istəmir, amma...” – “Bir çıxış yolumuz qalır”

“Biz həqiqətən bir anda bütün nüvə silahlarımızdan imtina etdik. Bu, çox illər əvvəl idi. Biz bunu NATO(üzvlüyü) ilə mübadilə etməliydik. Bu mənim fikrimdir. Mən bu fikri Bayden və Trampla da paylaşdım. Dedim ki, başa düşə bilmirəm, hardadır Ukraynaya qarşı ədalət?”

O, Ukraynanın nüvə silahından imtina etdiyini, lakin vəd edilən təhlükəsizliyi almadığını vurğulayıb: “Biz nüvə silahından imtina etdik. Lakin NATO (üzvlüyünü) almadıq. Mən onlardan soruşdum ki, siz mənə Ukrayna üçün NATO ilə mütənasib olacaq başqa bir “təhlükəsizlik çətiri” deyə bilərsinizmi? Heç kim mənə cavab verə bilmir. Ona görə də bunlar mənim arqumentlərimdir”.

Zelenski deyib ki, Ukrayna nüvə silahının geri qaytarılmasını tələb etmir, lakin o, Rusiyanın təcavüzündən müdafiə oluna bilmək üçün NATO-ya qoşulmalıdır: “Verdik, amma əvəzində heç nə almadıq. Yalnız genişmiqyaslı müharibə və çoxlu itkilərimiz var. Buna görə də bu gün yalnız bir çıxış yolumuz qalır. NATO lazımdır, çünki Putini dayandıra biləcək silahlarımız yoxdur”. 

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-10-22 22:25:51

ay təlxək o nüvə silahları ukraynanın yox sssrinin olub və moskvadan gələn təlimatla ukraynada yerləşdirilib ikincisidə deyirsənki putini dayandıracaq silahımlz yoxdur o zaman niyə muharibəyə başladın niyə ukrayna kimi ölkəni viran qoydun geriyə qalan isə dağılmış evlər ailələr məhv olmuş cavanlıq yarım qalan arzular heç düşmənimədə zeleniski kimi bəsirətsiz düşmən arzulamıram

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol