Menu

"Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil" - Rütte

22.10.2024, 21:29
"Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil" - Rütte

Türkiyənin BRICS ölkələri ilə əməkdaşlıq etmək hüququ var və bu, ölkənin NATO-ya üzvlüyünə zidd deyil.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Estoniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

“Biz NATO-da 32 demokratik ölkəyik və əlbəttə ki, bu və ya digər mövzuda müzakirələr olacaq. Amma bilirik ki, Türkiyə tərəfdaşlarla və ya BRICS tərəfdaşları ilə işləyir, onların bunu etmək hüququ var”, - Rütte jurnalistlərin NATO-nun Türkiyənin BRICS ilə əməkdaşlığın inkişafından narahat olub-olmaması ilə bağlı sualını cavablandırarkən söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol