Belarusun Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkilərini 2025-ci il yanvarın 26-na təyin edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Belarus dövlət nəşri “BelTa” məlumat yayıb.
Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko deyib ki, rəhbərlik etdiyi qurum “seçki kampaniyasının başlanmasına hazırdır”.
Belarus müxalif qüvvələri əvvəllər dəfələrlə bəyan ediblər ki, bu seçkilərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmamasına çalışacaqlar.
9 avqust 2020-ci ildə Belarusda keçirilən əvvəlki seçkilər ölkə tarixində ən kütləvi etirazlarla yadda qalıb. Həmin vaxt həbs olunan məhbusların bəziləri hələ də Belarus həbsxanalarında saxlanılır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o vaxt Aleksandr Lukaşenko seçicilərin 80%-nin dəstəyini qazanıb. Lakin dünyanın bir çox ölkələrində seçkilərin nəticələri tanınmayıb.
70 yaşlı Aleksandr Lukaşenko 30 ildir ölkəyə rəhbərlik edir. Birinci (1994) istisna olmaqla, heç bir prezident seçkisi (2001, 2006, 2010, 2015, 2020) beynəlxalq səviyyədə azad və ədalətli seçki kimi tanınmayıb.
“AzPolitika.info”


Şərhlər