Xəbər verildiyi kimi, Şimali Koreya Rusiyaya təkcə artilleriya mərmiləri və raketlərlə deyil, öz zabit və əsgərləri ilə də dəstək verməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, bir çox Rusiya “teleqram” kanallarında Şimali Koreya zabitlərinin Moskvanın mərkəzindəki “Qızıl meydan”da foto çəkdirməsinə dair videogörüntülər yayımlayıb.
“Reuters” agentliyi isə Cənubi Koreya konqresmeni Pak Son Vona istinadla məlumat yayıb ki, Şimali Koreyaya Rusiyaya daha 1500 əsgər göndərərək, onların sayını 3 minə çatdırıb.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiya-Ukrayna savaşında iştirak üçün 12 min əsgər göndərəcəyi barədə xəbərləri təsdiqləyib.
“AzPolitika.info”


Şərhlər