Menu

“Rusiya Ukrayna ilə bağlı Çin - Braziliya təşəbbüsünü dəstəkləyir” – Uşakov

23.10.2024, 15:35
“Rusiya Ukrayna ilə bağlı Çin - Braziliya təşəbbüsünü dəstəkləyir” – Uşakov

Rusiya Ukraynadakı vəziyyətin nizamlanması üçün Çin və Braziliyanın birgə təşəbbüsünü dəstəklədiyini bildirir və bunu faydalı hesab edir.

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putinin köməkçisi Yuri Uşakov BRİCS sammiti ilə bağlı keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, sözügedən təşəbbüs müharibənin hazırkı cəbhə xəttində dayandırılmasını nəzərdə tutur.

Uşakov qeyd edib ki, bu təşəbbüs Kazanda keçirilən BRİCS sammitində müzakirə olunub. Putin bunu Lula da Silva (onlayn formatda) və Si Cinpinlə müzakirə edib.

Onu da qeyd edək ki, daha əvvəl Vladimir Putin müharibəni dayandırmaq üçün Ukrayna qarşısında bir neçə şərt qoymuşdu. Bunlardan biri də Ukraynanın öz qoşunlarını Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərindən tamamilə çıxarması idi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol