Menu

Millət vəkili partiyadan xaric edildi

11.12.2014, 14:00
Millət vəkili partiyadan xaric edildi

Türkiyədə millət vəkili Süheyl Batum CHP-dən xaric edilib. Millət vəkili bir müddət əvvəl intizama dəvət edilmişdi.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, CHP-nin Eskişehir millət vəkili olan Süheyl Batum, “partiyanı ictimaiyyət qarşısında birbaşa müzakirəyə çıxardığı və partiya bütövlüyünü sarsıdan vəziyyətə düşürdüyü” səbəbi ilə bir müddət əvvəl xəbərdarlıq almışdı. Bu olay CHP başqanı Kamal Kılıçdaroğlunun dövründə bir ilkdir, yəni bir millət vəkilinin partiyadan çıxarılması tələbi qəti şəkildə İntizam Kabinetinə göndərilib.

Qeyd edək ki, Süheyl Batum partiyadaşı Emine Ülker Tarhanın istefasından sonra mətbuata açıqlama verərək bildirmişdi ki, istefalar davam edəcək. O, istefa verən Emine Ülker Tarhanla ilə eyni yolda, eyni düşüncələri paylaşdıqlarını bildirib və yeni istefaların mesajını verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol