Menu

Si Cinpin BRİCS-də Ukraynadan danışıb

23.10.2024, 16:08
Si Cinpin BRİCS-də Ukraynadan danışıb

Si Cinpin Kazanda keçirilən BRİCS sammitinin açılışında çıxış edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Çin lideri çıxışı zamanı Ukrayna məsələsinə toxunub.

Onun sözlərinə görə, bu yaxınlarda Çində yaradılmış “sülh dostları” qrupu Ukraynada “uzanmaqda olan” müharibənin dayandırılmasına dəstəyi artırmaq məqsədi daşıyır. Cinpin "vəziyyətin tez bir zamanda deeskalasiyasına yardım etməyə" və müharibənin digər ölkələrə yayılmasının, habelə humanitar vəziyyətin pisləşməsinin qarşısını almağa çağırıb.

Bundan əlavə, Si digər münaqişələrin qarşısını almaq üçün "ümumi təhlükəsizlik" konsepsiyasının həyata keçirilməsinə və "qlobal cənub" ölkələrinin dünyada artan əhəmiyyətini nəzərə alan "qlobal idarəçilik islahatları"na çağırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol