Menu

Ərdoğan Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq - Ankaradakı terror aktına görə

23.10.2024, 23:24
Ərdoğan Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq -  Ankaradakı terror aktına görə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq.

"Report" xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.

TRT telekanalı da öz növbəsində Ərdoğanın Kazanda sammit münasibətilə təşkil edilən təntənəli qəbulda iştirak etmədiyini bildirib.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub. 22 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol