Ökənin aparıcı kabel istehsalçılarından biri olan “Göknur Bakı LTD” MMC-nin (VÖEN-1500023181) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
“Göknur Bakı LTD” MMC barəsində tərtib olunan protokola Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə oktyabr ayının 30-da saat 09:55-də baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Onu da bildirək ki, nizamnamə kapitalı 6 milyon 349 min manat olan “Göknur Bakı LTD” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb.
MMC-nin qanuni təmsilçisi “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Rahib Hüseynağa oğludur. /Yeniavaz.com

Şərhlər
dadaşyev şərhi müstəmləkəçi kimi sərvətimizə ortaq şirkət-ölkə liderlərini iradını-Azərbaycana qalan sərmayə də sərvət əvəzinə yeni gəlirli iqtissadi sahələr yaratmaq əvəzinə yenidən xaricə atılır? Son 20 ildə daxil olan 300 milyard orta hesabla ildə 3-10 milyardlıq müəssisə yaratsaydı, hazırda büdcəmiz hansı məbləğdə olardı, sosialı əvəzləmiş, Cənab Özəllər?
Şapkanı görəndə düşündüm ki, elə bu işdə də ən azı Vardanyanın gözümüz önündə maşın-maşın daşıtdığı yarım milyard qədər pul var? Sən demə, şirkətin öz ddəyəri cəmi altı milyon manatmış?
Kresloda oturan məmur kreslonun yelləndirilməsindən qorxmamalıdır əgər möhkəm oturubsa.Çünki hələ o vaxt yoldaş Brejnev deyib ki,bizdə pulla düzəlməyən iş yoxdu,əgər pulla düzəltmək mümkün olmursa demək ki az pul vermisən.Xəsis olma,aç cibinin ağzını.Ömər Xəyyam demiş,görürsən ki dünya olubdur xarab,sən də gecə-gündüz aldığından ona buna da ver,ol adam.Özünə də elə yellənməyən kreslo al ki fələk də yelləndirəmməsin,külək də.Abşeron ticarət mərkəzində qalmıyıb o kreslolardan?Adə dil tap adə dəə.