2014-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşlarına xaricdə göstərilən turizm xidmətlərinin həcmi 2,3 mlrd. ABŞ dolları təşkil edib, bu isə 2013-ci ilin analoji dövrünün göstəricisindən 11,5% çoxdur. Bu barədə Azərbaycanın cari ilin yanvar-sentyabr ayları üçün tədiyə balansı hesabatında deyilir. Hesabat Mərkəzi Bankın saytında dərc edilib.
Qeyd olunan məbləğin 66,1%-i Azərbaycan vətəndaşlarının xaricə fərdi səfərlər zamanı xərclədiyi vəsaitlərinin payına düşür.
Öz növbəsində, 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda xarici turistlərə 1 mlrd. 604,9 mln. dollar məbləğində xidmətlər göstərilib.AMB-nin məlumatına görə, bu xidmətlərin 30,8%-i Azərbaycana işgüzar səfərə gəlmiş qeyri-rezidentlərə xidmət göstərilməsi ilə bağlıdır.
“Ümumilikdə, bu dövrdə Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi 10,5 mlrd. dollar təşkil edib. Bunun 7,6 mlrd. Dolları məbləğində xidmətlər qeyri-rezidentlə tərəfindən Azərbaycan rezidentlərinə, daha 2,9 mlrd. dolları Azərbaycan şirkətləri və şəxslər tərəfind qeyri-rezidentlərə göstəilən xidmətlrin payına düşüb”, - deyə hesabatda vurğulanır.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycan vətəndaşlarına xaricdə göstərilən turizm xidmətlərinin həcmi 2,9 mlrd. dollar təşkil etmişdi. / İnterfaks-Azərbaycan


Şərhlər