Menu

Çeçenistanda Rusiya Milli Qvardiyasının əməkdaşlarına hücum edilib - Ölən var

24.10.2024, 22:25
Çeçenistanda Rusiya Milli Qvardiyasının əməkdaşlarına hücum edilib - Ölən var

Çeçenistanda naməlum şəxslər Rusiya Milli Qvardiyasının əməkdaşlarına hücum edib, bir hərbçi həlak olub, digəri yaralanıb.

Report-un məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Qroznı şəhərinin ətrafında naməlum şəxslər hərbi kolonnaya hücum ediblər. Atəş nəticəsində hərbçilərdən biri həlak olub, digəri yaralanıb", – məlumatda qeyd olunub.

Bildirilir ki, yaralı tibb müəssisəsinə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol