Menu

Rusiyaya husilərə kəşfiyyat məlumatları ötürüb? - İddia

25.10.2024, 12:17
Rusiyaya husilərə kəşfiyyat məlumatları ötürüb? - İddia

Rusiya Yəməndəki husi qruplaşmasına Qırmızı dənizdəki gəmilərə hücumda istifadə olunan peyk məlumatlarını təqdim edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Avropanın 2 ölkəsinin müdafiə nazirliklərindəki rəsmisinə istinadən yazıb.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, məlumatlar Yəməndəki husilərin sıralarına sızan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri vasitəsilə ötürülüb.

Yəmənin şimal-qərbinə nəzarət edən husilər keçən ilin oktyabr ayından Qırmızı dənizdə İsraillə əlaqəsi olan xarici gəmilərə mütəmadi olaraq hücum edir.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Rusiya peyk məlumatları husilərə Qırmızı dənizdəki zərbələrini genişləndirməyə kömək edib. WSJ-nin hesablamalarına görə, husilər keçən ilin noyabr ayından bəri 100-dən çox gəmiyə hücum edib, onlardan ikisini batırıb, birini isə ələ keçirib.

“Reuters” agentliyi bu hücumların arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusu və Livanın "Hizbullah" qruplaşmasının olduğunu yazıb. Agentlik iddia edir ki, Tehran husiləri pilotsuz uçan aparatlar, gəmi əleyhinə qanadlı raketlər, ballistik raketlər və orta mənzilli raketlərlə təmin edib. SEPAH isə onlara hansı gəmilərin İsrailə getdiyini müəyyən etmək üçün kəşfiyyat məlumatı təqdim edir.

Rusiya hakimiyyəti “The Wall Street Journal”ın nəşrinə münasibət bildirməyib.

Husilərin hücumları Avropa və Asiya arasında əsas marşrut (qlobal ticarətin 15%-ə qədəri Qırmızı dənizdən keçir) üzrə beynəlxalq ticarəti dayandırıb. Bəzi gəmiçilik şirkətləri bölgədəki fəaliyyətini dayandıraraq, gəmiləri Afrika ətrafında daha uzun və daha bahalı marşrutla göndəriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol