Menu

Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - VİDEO

25.10.2024, 14:01
Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol