Menu

ABŞ-də prezident seçkiləri – Mərc şirkətləri Trampı əsas favorit hesab edir

25.10.2024, 16:16
ABŞ-də prezident seçkiləri – Mərc şirkətləri Trampı əsas favorit hesab edir

ABŞ-də prezident seçkiləri ilə bağlı keçirilən cari sorğulara əsasən, Respublikaçılar Partiyasının namizədi Donald Tramp 7 kritik ştatın hamısında demokrat rəqibi Kamala Harrisi cüzi fərqlə qabaqlayır.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin “Real Clear Politics” (RCP) xəbər platforması oktyabrın 24-nə qədər ölkə daxilində keçirilən sorğuların ortalama statistikasını hazırlayıb.

Dərc olunan nəticələrə görə, Harrisə dəstək nisbəti 48,8 faizdir. O, 48,5 faiz səsə sahib Trampı 0,3 nisbətlə qabaqlayır. Bu onu göstərir ki, oktyabrın 16-dan etibarən iki əsas rəqib arasındakı səs fərqi 1,7-dən 0,3-ə qədər azalıb.

Məlumatda qeyd olunur ki, ümummilli sorğularda Harris kiçik fərqlə irəlidə görünsə də, seçki nəticələrinə böyük ölçüdə təsir edən 7 kritik ştatın hamısında Tramp Harrisdən öndədir.  Buradakı səs fərqi ortalama 0,9 faizə bərabərdir. Buna uyğun olaraq, oktyabr ayında keçirilən son sorğulara görə, Tramp Pensilvaniyada 0,6, Corciyada 2,2, Arizonada 1,5, Nevadada 0,7, Miçiqanda 0,2, Şimali Karolinada isə 8 səs fərqi ilə yarışı davam etdirir.

Digər tərəfdən, “Reuters”, “CBS News”, “Pew”, “Harvard və NBC News” kimi məşhur anketlər də daxil olmaqla, ölkə daxilində vəziyyəti əks etdirən 11 sorğuya görə, Harris səslərin 48,8 faizini, Tramp isə səslərin 48,5 faizini qazanıb.

Mütəxəssislər Trampın xüsusilə Pensilvaniya, Corciya, Arizona, Nevada və Şimali Karolina ştatlarında güclü favorit olduğuna, Harrisin anketlərdə geri düşməsinə baxmayaraq, Miçiqan və Viskonsin ştatlarında hələ də qalib gəlmək şansının olduğuna diqqət çəkirlər.

Namizədlərin qalib gəlmə ehtimalı ilə bağlı mərc şirkətlərinin proqnozlarını da ehtiva edən “RC”P platformasına görə, bu proqnozların ortalaması Trampın prezidentlik yarışında qalib gəlməyə daha yaxın olduğunu göstərir. “Polymarket”, “Smarket”, 

“Points Bet”, “Bwin”, “Bovada”, “Betsson” və “Betfair” adlı 7 şirkətin məlumatlarını paylaşan “RCP”, Trampın qalib gəlmə ehtimalını 59%, Harrisin isə 39,9 % olaraq qiymətləndirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol