Menu

Zelenskidən Quterreşə rədd cavabı - BMT Baş katibini Kiyevdə görmək istəmirlər

25.10.2024, 16:50
Zelenskidən Quterreşə rədd cavabı - BMT Baş katibini Kiyevdə görmək istəmirlər

Ukrayna Prezidenti Volodimir Zelenski BRİCS sammiti üçün Rusiyaya səfər etdiyinə görə BMT-nin Baş katibi Antonio Quterreşin Ukraynaya səfərini rədd edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayan Prezident Ofisindəki mənbəyə istinadla “AFP” məlumat yayıb.

Ukrayna BMT Baş katibinin Rusiyaya səfərini pisləyib və onun Ukrayna ilə bağlı İsveçrədə keçirilən “Sülh sammitinə” gəlmədiyini xatırladıb. BMT iqamətgahından isə cavab verilib ki, Kazandakı sammitdə iştirak Quterreş üçün vacibdir, çünki oraya daxil olan ölkələr dünya əhalisinin yarısını təşkil edir.

Xatırladaq ki, Quterreş Kazanda Ukraynada sülhün bərqərar olmasına və BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol