Gürcüstanda keçirilən parlament seçkilərində Baş nazir İrakli Kobaxidze saat 08:35-də seçkilərdə səs verib.
Məntəqədə bir neçə dəqiqə jurnalistlərlə söhbət edən Baş nazir onlara deyib ki, günün sonunda müxalifət hakim partiyanın 60% səs toplayacağını qəbul etməlidir.
O, həmçinin “Gürcü arzusu”nun məziyyətlərindən və vədlərindən, həmçinin hakim komandanın konstitusiya çoxluğu əldə edəcəyi gözləntisindən danışıb.
Parlamentin sədri Şalva Papuaşvili də Krtsanisdəki 72 saylı dövlət məktəbində yerləşən seçki məntəqəsində səs verib. O, jurnalistlərə deyib ki, “bu gün pis və yaxşı, allahsızlıq və mənəviyyat arasında seçim var”.
"AzPolitika.info"


Şərhlər