Menu

G7 ölkələri Ukraynaya 50 milyard dollar kredit ayıracaq - Ödəniş nə vaxtdan başlayacaq?

26.10.2024, 12:18
G7 ölkələri Ukraynaya 50 milyard dollar kredit ayıracaq - Ödəniş nə vaxtdan başlayacaq?

"Böyük Yeddilik" (G7) ölkələri Rusiya mərkəzi bankının dondurulmuş aktivlərindən əldə edilən vəsait hesabına Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.

“AzPolitika” xəbər verir ki, bu barədə G7 ölkələrinin birgə bəyanatında deyilir.

G7-nin maliyyə nazirlərinin əlavə bəyanatında deyilir ki, kreditlər dekabrın 1-dən başlayaraq 2027-ci ilin sonuna qədər hissələrlə ödəniləcək.

Bəyanatda ikitərəfli kreditlərin konkret məbləğləri göstərilməyib, lakin yaxın günlərdə əlavə təfərrüatların açıqlanacağı bildirilib.

Qeyd olunub ki, ABŞ və Avropo Birliyi hərəsi 20 milyard verəcək, yerdə qalan 10 milyard dollar isə Kanada, Böyük Britaniya və Yaponiya arasında bölüşdürüləcək.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol