Menu

Özbəkistanda seçkilərdə seçici fəallığı 63 faizə çatıb

27.10.2024, 18:18
Özbəkistanda seçkilərdə seçici fəallığı 63 faizə çatıb

Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 62,7 faiz təşkil edib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat açıqlayıb.

Belə ki, səsvermədə 19 milyon 944 min 859 seçicidən 12 milyon 504 min 688 nəfər iştirak edib.

Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.

Şərhlər

Vətəndaş 2024-10-27 20:32:35

Bəs Azərbaycanda fəallıq neçfaiz olub və bu faiz seçkinin legitimliyinə nə qədar uyğunur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol