Menu

Bakıda ən çox buranı su basır – Meriya gücləndirilmiş iş rejiminə keçdi

28.10.2024, 15:04
Bakıda ən çox buranı su basır – Meriya gücləndirilmiş iş rejiminə keçdi

Bu gün də leysan yağışı özü ilə bərabər ölkəmizin paytaxtına xeyli problemlər yaşatdı. Bununla da paytaxt Bakı artıq neçənci dəfədir ki, yağış sınağından uğurla çıxmır. Şəhərin ərazisində yağışlı hava şəraiti zamanı ən çox sular altında qalan isə Sabunçu rayonu olur. 

Sosial media platformalarında rast gəldiyiniz video görüntülərdə gördüyünüz kimi, bu rayonun yollarından yağış çay kimi keçir. Bir sözlə Bakının bu rayonunda subasma halları ilə daha çox rastlaşırıq.

Bəs niyə məhz Sabunçu rayonu? Bunun nəsə xüsusi bir səbəbi var? Bunun səbəbini öyrənmək üçün Lent.az-ın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qurum səhər tezdən gücləndirilmiş iş rejimində çalışır:“Güclü yağışın yağması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin bütün qurumları hamısı iş başındadırlar. Su basma ilə əlaqədar riskli ərazilərdə növbətçilik təşkil olunub. Aidiyyəti qurumlar baş verə biləcək qəzaların qarşısını almaq üçün tədbirlər görür, əlavə texnika və işçi qüvvəsi cəlb edilib”.

Şərhlər

ƏNHU 2024-10-28 22:43:22

Lent.az saytı aldığı cavabın ünvanladığı sualla heç bir əlaqəsinin olmadığını əsas gətirərək BŞİH-nin yaxasından belə asanlıqla əl çəkməməli idi. Əslində oradakılar problemləri və onların alt qatlarında yatan səbəbləri hamından yaxşı bilirlər.Məmurlar ictimaiyyətn qarşısına bir-iki ədəd rəsmi söz tullamaqla məsələni bağlaya və gündəmdən qova bilirlər. Ancaq bu köhnə və ibtidai priyom toplum üçün işəyarayan olsa da mətbuat üçün keçərli olmamalıdır. Mətbuat yalan olduğu şübhə doğurmayan saxta və sxematik cavablarla xalqın başdan edilməsinə razı olmamalıdırlar. Xalqa vəkillik etməlidir. Jurnalistlər fərqində olmalıdırlar ki, millət onlara qısılıb, daha xalqın onlardan savayı heç kimi qalmayıb.

Samir 2024-10-28 16:58:36

Qoyulmuş suala cavabdan "uğurla" yayınıldı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol