“İran İsrailin hücumuna bütün vasitələrdən istifadə etməklə cavab verəcək”.
“AzPolitika” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi mətbuat konfransı zamanı deyib.
Bir neçə gün əvvək İrandakı obyektlərə qarşı İsrailin təşkil etdiyi hücumu dəyərləndirən Bekayi, İsrailə uyğun, qəti və ciddi cavab verəcəklərini bildirib.
Qeyd edək ki, İranın dini lideri Ayətullah Əli Xamenei daha əvvəl demişdi ki, “İsrailin hücumunu qiymətləndirməmək olmaz, amma onu da şişirtmək olmaz”.
Bir müddətdir xarici mediada yayılan iddilara görə, İran və İsrail bir-birinə əvvəlcədən razılaşdırılmış hücumlar edirlər və bu səbəbdən də yeni bir hücumun baş vermə ehtimalı çox azdır.
“AzPolitika.info”


Şərhlər