Menu

Türkiyə Superliqasında "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

28.10.2024, 23:17
Türkiyə Superliqasında "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

Türkiyə Superliqasında "Qalatasaray" "Beşiktaş"a qalib gəlib.

"Report"un məlumatına görə, İstanbul derbisi X tura təsadüf edib.

"Rams Park"da keçirilən qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Hesabı 13-cü dəqiqədə "sarı-qırmızılar"dan Davinson Sançes açıb. 67-ci dəqiqədə Viktor Osimhen fərqi iki topa yüksəldib. 90+4-cü dəqiqədə Ernest Mucinin vurduğu qol isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "sarı-qırmızılar" on matçdan sonra 28 xalla liderdir. Doqquz oyuna 20 xal toplayan qonaqlar 4-cü pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol