Çeçenistan rəhbəri Ramzan Kadırov Kremldə keçirilən görüş ərəfəsində fiziki məşqlər edərək növbəti dəfə gülüş obyektinə çevrilib.
“AzPolitika” xəbər verir ki, Rusiya kanallarında yayımlanan Kadırovun Kremldəki “məşq görüntüləri” müzakirələrə səbəb olub.
Canlı yayımda göstərilən kadrlarda digər məmurların Kadırovdan kənarda söhbətləşdiyi, onunla ünsiyyət qurmadığı görünür. Onlar öz problemlərini kənarda müzakirə edərkən, Çeçenistan lideri, sanki ona qarşı etinasızlıqdan, saymazlıqdan incimiş kimi, stulların üzərində “məşq etməyə” başlayıb.
Lakin Kadırov tez yorulub və ətrafdakıların diqqətini özünə cəlb edə bilməyib…
Ümumiyyətlə, Rusiya elitasında Kadırova münasibət birmənalı deyil. Xüsusilə də güc strukturları və Rusiya FTX rəhbərliyinin Çeçenistan başçısını “görməyə gözü yoxdur”.
Когда ты тупой еблан и с тобой не о чем говорить pic.twitter.com/RxD8J9lm2e
— Гекльберри Финн (@Vatnik_OFF) October 27, 2024
“AzPolitika.info”


Şərhlər
Kadrlardan belə görünür ki, bunu nəinki adam, heç canlı varlıq gözündə görən yoxdur. Öldürücü dərəcə aşağılanmaqdır.Ümumiyyətlə, dözülməz təhqirdir.