Menu

Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin Çeçenistandakı bazası vuruldu - Kadırov bəyanat yaydı

29.10.2024, 11:41
Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin Çeçenistandakı bazası vuruldu - Kadırov bəyanat yaydı

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanın Qudermes şəhərində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin (RUS) ərazisindəki binaya “pilotsuz hava hücumu” həyata keçirildiyini bildirib. Bu, Ukraynada müharibə başlayandan bəri Çeçenistanərazisindəki obyektə pilotsuz təyyarələrin hücumu ilə bağlı ilk hadisədir.

Kadırov “Teleqram” kanalında yazıb ki, hücum oktyabrın 29-da səhər saatlarında baş verib. Nəticədə Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki boş binanın damı yanıb. Kadırovun sözlərinə görə, itki və xəsarət alan olmayıb, yanğın söndürülüb, RUS-un fəaliyyəti dayandırılmayıb.

Ukrayna ordusu və kəşfiyyat xidmətləri Ukrayna ərazisindən 500 km-dən çox məsafədə yerləşən Çeçenistanda pilotsuz təyyarə ilə zərbə endirilməsi ilə bağlı xəbərləri hələlik şərh etməyiblər. Əvvəllər Ukrayna pilotsuz təyyarələri Rusiyanın daha uzaq ərazilərinə hücumlar həyata keçirib.

“Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti” 2013-cü ildə Qudermesdə yaradılıb və bu ildən Vladimir Putinin adını daşıyır. Çeçenistan hakimiyyəti deyir ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri orada minlərlə insan təlim keçib və sonradan müharibəyə göndərilib.

“AzPolitika.info”

***

Ukrayna PUA-ları Çeçenistana da çatıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat paylaşıb.

O, Qudermesdəki binaya pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb. Bu, Çeçenistan ərazisinə ilk PUA hücumudur.

Kadırovun sözlərinə görə, PUA Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki boş binaya düşüb. O qeyd edib ki, hücumdan sonra binanın dam örtüyü yanıb, lakin itki yoxdur.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol