“Qiymət və keyfiyyət bir-birilə bağlıdır. Qiymət keyfiyyətə nəzarətin fəaliyyətlərindən biridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişiklik olunmasına münasibət bildirərkən deyib.
“Təbii ki, bu bazar iqtisadiyyatına zidd deyil. Ucuz mala şübhəli münasibət formalaşıb. Orta qəbul edilmiş qiymətdən aşağı olan malı alan olmur. Hər bir malın hazırlanması, onun texnologiyalara uyğun şəkildə istehsal olunması üçün müəyyən qədər xərclər çəkilməlidir.
Ona görə də hər malın yoxlanması mümkün olmadığından, qiymət amilindən malın keyfiyyətinə nəzarət kimi istifadə edilir. Azərbaycanda bununla bağlı məşhur bir ifadə var: “ucuz ətin şorbası olmur”. Güman edirəm ki, bu qanun layihəsi istehlakçılarının hüquqlarının qorunması məqsədinə xidmət edir”, - deyə Ə.Əhmədov bildirib.
Spiker Sahibə Qafarova müzakirələr zamanı əlavə edib ki, 1 manatlıq içki əslində zəhərdir.
“Biz xalqı təmsil edirik. Camaat arasında maarifçilik işi aparmaq lazımdır. Dediniz 1-3 manatlıq içkilər var. Bunu camaat içir. 1 manatlıq içki əslində zəhərdir. Bununla bağlı camaatı maarifləndirməliyik”.


Şərhlər
Elə edinki camaatda bahalı- dadlı şorba yeyə bisin ay əldəqayırma deputat ?
Bu günkü varlıykən yoxsul respublikamızda hər gün ət yeyən adama bəxtəvər deyirlər.Bizdə bəxtəvərlər yalnız məmur təbəqəsidi deyə qara camaat ət alammır, o üzdən bütün dünyada boşanmalara görə birinci yerdəyik.Kim evə ayda bircə kilo da olsa ət ala bilmirsə arvadı bir ay dözür,iki ay dözür,üçüncü ay at kimi kişnəyir ki “Xalxın da ərləri var daa,gör boynuyoğun qonşumuz hardan hara qaçıb gəlib paytaxta,amma hər gün arvadına ət gətirir”.Kişnəyəndən sonra da şələ-küləsini götürüb yığışdanıb qaçır atasının xarabasına,prodüser tapıb olur müğənni.Bu səbəbdəndir ki, respublikamızda müğənni qadınların sayı ərli qadınların sayından çoxdu.Ət bahadı,baha,hamısı onnandu.
A kişi,ət bahadı ee.Xəbərin var?Ucuz ətin şorbası olmadığını sən bildin, millət bilmir yəni?Amma kasıb bədbəxt nağarsın,ət bahadı deyə ucuzunu axtarmasın,ət yeməsin?Sən əti ürəyin istəyəndə alıb yeyirsən,millət isə tapanda yeyir.Yox əgər istəyirsinizsə millət ətin yaxşısını yesin,elə isə o yaxşısını ucuzlaşdırın,görün onda o ucuz ətin necə şorbası olur.Siqareti,arağı guya zərərli olduğu üçün bahalaşdırırsınız,elə isə xeyirli olan əti niyə ucuzlaşdırmırsınız?Bahalaşmaya elə səbəb gətirmək lazımdır ki,bu zəngin neft-qaz ölkəsində camaat ac yaşadığı üçün çırtıq çalıb oynasın ki yenə heç olmasa bizim haqqımızda düşünənlər var.Bütün düşüncələr ancaq yekəqarın burjuaların cibi üçündü təəssüf.
Heyif ki indiki iqtidar , uzun illər faliyyətləri sadəcə məntiqsiz fikirlər səsləndirməkdən ibarət olan və əməli fəaliyyətlərində də elə bir nəzərə çarpacaq əməlləri olmayan Əli Əhmədov kimilərindən yapışıb onları devletin ən yüksək makamlarında oturdub, o makamları yararsız bir vəziyyətə saldı. Təbii ki, bunun da günahı belələrinə dəyər verib, hər dəfə onların dosyesini Ölkə Başçısının masasına buraxanlardadır.
Əti başa düşdük. Əti misal çəkib arağın qiymətini niyə qaldırırsınız? Sənin məntiqinlə baha arağın şorbası olacaq? Biyabırçılıqdır. Qiymətin qaldırılması tapşırığın alıblar amma əsaslandıra bilmirlər ki, niyə?
Maarifləndirmək əvəzinə satışdan yığışdırıb, zəhər hazırlayan istehsalçıları cinayət məsuliyyətinə cəlb etsəniz, yaxşı olmazdımı?