Şimali Koreya başçısı Kim Çen Inın mühafizəsi “sui-qəsd təhlükəsi səbəbindən” gücləndirilib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Newsweek” nəşri Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinə istinadla məlumat yayıb.
Kəşfiyyat Cənubi Koreya parlamentarilərini məlumatlandırıb ki, Kim Çen Inı qorumaq üçün onun ətrafında xüsusi radio elektron mübarizə vasitələri və digər PUA aşkarlayan avadanlıqlar quraşdırılıb. Kəşfiyyat həmçinin qeyd edib ki, Şimali Koreya lideri bu il ictimaiyyət qarşısına 110 dəfə çıxıb və bu, ötən illə müqayisədə 60% çoxdur.
Qeyd olunur ki, Şimali Koreyanın Ukraynadakı münaqişədə Rusiyaya dəstək vermək üçün təxminən 12 min əsgər göndərdiyi barədə məlumatlar yayılandan sonra Kim Çen In özünə qarşı təhlükələrin artdığı qənaətindədir.
Onun təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı xəbərlər Şimali Koreya XİN başçısının Moskvaya səfəri ilə eyni vaxta düşüb. Koreya dövlət xəbər agentliyi Ço Sonq-huinin başçılıq etdiyi nümayəndə heyətinin təhlükəsizlik məsələləri və gələcək əməkdaşlığı müzakirə etmək üçün Rusiyaya səfər etdiyini bildirib.
“AzPolitika.info”


Şərhlər
Bu PETİQULUNU da xosunbay edən tapılacaqmı ?