Menu

Zelenski Cənubi Koreya lideri ilə danışdı – “Müharibə beynəlmiləşir...”

29.10.2024, 18:20
Zelenski Cənubi Koreya lideri ilə danışdı – “Müharibə beynəlmiləşir...”

Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreyalı həmkarı ilə telefon danışığı aparıb.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, liderlər Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi məsələsini müzakirə edib.

“Biz Şimali Koreya silahlı qüvvələrinin Rusiyanın Ukraynaya müdaxiləsində iştirakını müzakirə etdik. Nəticə aydındır: müharibə iki ölkənin hüdudlarından kənara çıxanda beynəlmiləlləşir”, - Volodimir Zelenski özünün X səhifəsində yazıb.

NATO-nun baş katibi daha əvvəl Moskvanın Şimali Koreya qoşunlarını Rusiyanın Ukrayna ilə həmsərhəd olan Kursk bölgəsinə yerləşdirdiyini təsdiqləyib.

Mark Rutte Moskvanın bu addımını "əhəmiyyətli eskalasiya" kimi qiymətləndirərək, belə bir inkişafın Rusiya Prezidenti Vladimir Putinin "çarəsizliyinə" dəlalət etdiyinə işar edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol